Qətər yeni regional hərbi tərəfdaşlıq razılaşması elan etməyə hazırlaşır.

Heftelik.az “Al Jazeera”-yə istinadən  xəbər verir ki, bunu Qətərin Baş nazir müavini Şeyx Saud bin Əbdürrəhman Al Tani Dohada keçirilən “Qlobal Təhlükəsizlik Forumu”nda deyib.

“Tezliklə yeni tərəfdaşlıq elan edəcəyimizi deməyə çox şadam”,-Baş nazirin müavini bildirib.

O əlavə edib ki, Qətər bu yaxınlarda HHM sistemlərini, anti-dron, kibertəhlükəsizlik və digər sahələrdə potensialını yenidən nəzərdən keçirib.