Ötən gün Los-Anceles şəhərində “Victoria’s Secret Fashion Show 2026” ikonik moda şousu baş tutub.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dəfilədə həm “mələk qanadlar”ı ilə debüt edən yeni ulduzlar, həm də illərdir brendin nümayəndələri olan təcrübəli simalar iştirak edib.

Yeni ana olan macar model Barbara Palvin də gecənin ulduzlarından olub.

Məşhur modeli dəfilədə görənlər təəccüblərini gizlədə bilməyiblər. Belə ki, 33 yaşlı Barbara qızını dünyaya gətirdikdən cəmi altı həftə sonra podiuma çıxıb.