Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan sürücü İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
