Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunlarına bu gün start veriləcək.

Heftelik.az Report-a istinadən  xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutacaq.

Azərbaycan təmsilçisi “Sabah” evdə Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul edəcək.

Bakı klubunun rəqiblərindən olan “Barselona” səfərdə PSJ ilə üz-üzə gələcək. “Fənərbağça” isə Türkiyədə “Slaviya”nı sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, III tur

20 oktyabr

20:45. “Fənərbağça” (Türkiyə) – “Slaviya” (Çexiya)

20:45. “Sabah” (Azərbaycan) – “Borussiya” (Dortmund, Almaniya)

23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)

23:00. “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – AEK (Afina, Yunanıstan)

23:00. “Roma” (İtaliya) – “Slovan” (Slovakiya)

23:00. “Portu” (Portuqaliya) – PSV (Niderland)

23:00. “Napoli” (İtaliya) – “Budyo-Qlimt” (Norveç)

23:00. “Ştutqart” (Almaniya) – “Atletiko” (İspaniya)