ABŞ-ın müharibə naziri Pit Heqset oktyabrın 19-da gözlənilmədən İsrailə səfər edib və Baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Heftelik.az “Axios”-a istinadən xəbər verir ki,  Heqsetin Netanyahu ilə görüşü Ovda aviabazasında, ABŞ qırıcılarının və yanacaqdoldurma təyyarələrinin olduğu yerdə keçirilib.

Heqset, həmçinin, bazada ABŞ hərbçiləri ilə görüşüb.

Pentaqon və İsrailin ABŞ-dakı səfirliyi “Axios”un sorğusuna cavab verməkdən imtina edib.