Ukraynanın paytaxtı Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb.

Heftelik.az Report-a istinadən xəbər verir ki, həmin şəxs 1994-cü il təvəllüdlü Hüseynov Şəhriyar Nazim oğludur.

O, oktyabrın 20-də Kiyevin Çaban ərazisinə Rusiya ordusunun dron hücumları zamanı yaralanıb.

Hazırda vəziyyətinin stabil olduğu bildirilir.