Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılıb.
Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
