Ucarda evdən meyit tapılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, rayon sakini, 54 yaşlı Azər Sabir oğlu Qasımovun meyiti yaxınları tərəfindən yaşadığı evdə aşkar edilib. Onun hansı səbəbdən öldüyü bilinmir.
Mərhumun tək yaşadığı bildirilir.
Fakt araşdırılır.
