ABŞ İranı nüvə proqramı ilə bağlı güzəştlərə getməyə çağıraraq, əks halda ölkənin nüvə obyektlərinə genişmiqyaslı zərbələr endiriləcəyi ilə hədələyib.

Heftelik.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfəri zamanı Vaşinqtonun tələbini İran tərəfinə çatdırıb.

Mənbələrin iddiasına görə, ABŞ-ın tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, İrana qarşı genişmiqyaslı hücum həyata keçirilə bilər. Ehtimal olunan hədəflər sırasında Kolanq-Qaz-La dağı ərazisində yerləşən nüvə obyektləri də göstərilir.

Qeyd edək ki, ABŞ və ya İran tərəfindən belə bir xəbərdarlığın rəsmi şəkildə təsdiqləndiyi barədə məlumat yoxdur.