“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb.

Heftelik.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qoruq Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunmasını, bərpasını və elmi əsaslarla tədqiqini, habelə arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğini təmin etmək məqsədilə yaradılıb.