“Morningstar DBRS” analitiklərinin hesablamalarına görə, Fransada baş verən iğtişaşlar nəticəsində sığorta şirkətlərinin zərəri 1,2 milyard avroya qədər yüksələ bilər.
Heftelik.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşr qeyd edir ki, iğtişaşların davam etməsi halında xərclər daha da arta bilər. Gələcəkdə bu kimi hadisələrin hər il yüz milyonlarla avro məbləğində zərərə səbəb olacağı gözlənilir.
Fransanın ticarət naziri Serj Papenqin ilkin qiymətləndirməsinə görə, ölkə üzrə ən azı 3 min kommersiya müəssisəsi iğtişaşlardan zərər çəkib.
