Azərbaycanda  kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub.

Heftelik.az xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən,  kənd təsərrüfatı, meşəçilik və torpaqdan digər istifadə (KTMTİ) sahələrində 2035-ci ilədək ənənəvi daxili yanma mühərrikli (DYM)  maşınlardan elektrik maşınlarına keçidin sürətləndirilməsi nəzərdə tutulur. 2060-ci ilədək isə ənənəvi DYM maşınlarından elektrik maşınlarına keçidi daha da sürətləndirmək və bu altsektordan tam (100%) elektrikləşdirməyə və tullantıların tam azaldılmasına nail olmaq planlaşdırılıb