Yəməndə husilər Səudiyyə Ərəbistanına pilotsuz uşuş aparatları (PUA) və reket zərbələri endirib.

Heftelik.az xəbər verir ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Dammam şəhərinin hava limanına hücum edilib.

“Al Arabiya” telekanalının ölkənin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumatına görə, hadisə oktyabrın 21-i axşam saatlarında baş verib.

Hücum nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda hava limanına dəymiş ziyanın miqyası qiymətləndirilir.

Energetika Nazirliyi  Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri “Saudi Aramco” şirkətinin obyektinə hücum etməyə çalışan pilotsuz uçuş aparatını zərərsizləşdirdiyi barədə məlumat yayıb. Bildirilib ki, dron hücumu cəhdi nəticəsində azı 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.

Hadisə Səudiyyə Ərəbistanının şərqində yerləşən şirkət obyektində qeydə alınıb.

Nazirliyin məlumatına görə, insident “Saudi Aramco” obyektinin fəaliyyətinə təsir göstərməyib.