“Real”ın ulduzu Kilian Mbappe “Leytspiq”ə 4:1 hesabı ilə qalib gəldikləri matçda qazandığı mükafatı komanda yoldaşı Yan Diomandeyə vermək istəyib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Çempionlar Liqasında qələbə qazandıqları matçın ən yaxşısı seçilib.
Qarşılaşmadan sonra isə fransalı ulduza mükafat təqdim olunub. O isə paltardəyişmə otağına yollanan tunelə girərkən mükafatı matçda qol vuran Yan Diomandeyə uzadıb. Komanda yoldaşı isə gülümsəyərək mükafatdan imtina edib.
