İspaniyanın “Real” komandasının baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın “Leyptsiq” komandasına qarşı oyunda (4:1) Federiko Valverdenin sağ cinah müdafiəçisi mövqeyindəki çıxışını yüksək qiymətləndirib.

Heftelik.az-ın xəbərinə görə,  mütəxəssisin bununla bağlı sözləri UEFA-nın rəsmi saytında yer alıb.

“Bu gün Fede yenidən çox yaxşı oynadı. Hesabın 4:1 olmasına baxmayaraq, oyun asan keçmədi. Axı ilk qolu biz buraxa bilərdik. Sağ cinahda çıxış edən Fede, Arda Gülər və Bernardo Silva yaradıcı idilər və bir-birləri ilə mükəmməl qarşılıqlı əlaqə qururdular”, – Mourinyo qeyd edib.

Üç turdan sonra doqquz xal toplayan “Real” turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. “Leyptsiq” isə üç xalla 30-cu sıradadır.