Bakıda kişi sirkə turşusundan zəhərlənib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.
62 yaşlı N. İslamov yaşadığı evdə sirkə turşusundan zəhərlənib. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, N. İslamov sərxoş halda bilmədən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
