Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında aktrisa təcili tibbi yardıma müraciət edib. Gələn həkimlər onu xəstəxanaya aparmalı olublar.
Məlumata əsasən, sənətçinin xəstəxanaya yerləşdirilməsi yüksək təzyiqlə bağlıdır.
