Bakıda restoranda kütləvi dava baş verib.

Heftelik.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində “Abu Hava Green Tone” ailəvi restoranında   qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.

Deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə “Ceyhun Sabunçu” kimi tanınan şəxsı bıçaqlayaraq öldürüb.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır. Bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.