“Nev” kimi tanınan türkiyəli müğənni Nevzat Doğansoy müalicə aldığı xəstəxanada 57 yaşında vəfat edib.
Heftelik.az xəbər verir ki, “Zor”, “Mühürlü Kaderim” və “Sen Gibi” kimi mahnıları ilə məşhurlaşan Nevin həyatını xilas etmək mümkün olmayıb.
Ötən gün ikinci dəfə intubasiya edilən müğənni həyatını itirib. Acı xəbəri Nevin meneceri İlker Ercan açıqlayıb.
Qeyd edək ki, sentyabrın 3-də huşunu itirdikdən sonra təcili tibbi yardım şöbəsinə yerləşdirilən Nev ilkin müdaxilədən sonra intubasiya edilmişdi. Aparılan müayinələr nəticəsində onda çoxsaylı orqan çatışmazlığı aşkar edilmişdi.
