Venesuela müxalifətinin lideri, Sükh üzrə Nobel mükafatı laureatı Maria Korina Maçado ölkəsinə qayıdıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, artıq Venesuelanın bir neçə ştatını ziyarət edib.
Sosial şəbəkələrdə Maçadonun ölkə vətəndaşları tərəfindən izdihamla qarşılandığını əks etdirən görüntülər yayılıb.
Qeyd edək ki, Maria Korina Maçado 2011-2014-cü illərdə Venesuela Milli Assambleyasının deputatı olub. O, 2024-cü ildə keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan, Maçado seçkilərdə başqa namizədlə əvəzlənib. O, 2025-ci ilin dekabrında ölkəni tərk edib.
Onu da xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələrinin Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda həyata keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
