Hüquqi şəxslər və dövlət orqanları qanunvericilikdə müəyyən edilmiş hallarda peşə vəzifələrini yerinə yetirən vəkillərə yardım etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Məhkəmə, istintaq, təhqiqat və digər dövlət orqanlarının işçilərinin vəkil ilə hüquqi yardım göstərilən şəxs arasında vasitəçilik etməsinə yol verilmir. Bu qayda vəkil ilə hüquqi yardım alan şəxs arasındakı münasibətlərin müstəqilliyini təmin etməyə yönəlib. Dövlət orqanlarının və digər qurumların vəkilin peşə fəaliyyətinə qanunla nəzərdə tutulmayan müdaxiləsinə yol verilmir. Vəkilin hüquqi yardım göstərməsi üçün zəruri şəraitin yaradılması qanunla müəyyən edilmiş təminatlar çərçivəsində həyata keçirilir.

