Özünüməşğulluq proqramı çərçivəsində qaytarılmalı əmlakın bazar qiyməti müəyyən qaydada hesablanır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bazar qiyməti əmlakın qaytarıldığı gündən çoxu bir ay əvvəl eyni və ya analoji əmlak üçün dərc edilmiş qiymətlər əsasında müəyyən edilir. Bu qiymətləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Qiymət müəyyən edilərkən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı təmin olunur. Belə mexanizm qaytarılan əmlakın dəyərinin obyektiv müəyyənləşdirilməsinə imkan verir.
