Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç liderlik etdiyi “Aleksandar Vuçiç – Birləşmiş Serbiya”-nın növbədənkənar parlament seçkilərində məğlub olduğunu bildirib.

Heftelik.az xəbər verir ki, Vuçiç Serb Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı yekun nəticələrin hələ məlum olmadığını, lakin mövcud məlumatlara əsasən, seçkiləri uduzduqlarının aydın olduğunu deyib.

O bildirib ki, “Tələbə siyahısı”nın 135–140, özünün rəhbərlik etdiyi siyahının isə təxminən 105 mandat qazanacağı gözlənilir.

“Yekun nəticələrimiz yoxdur. Çoxları təəccüblənəcək və bəzilərinin nə qədər yalan danışdığını, nələr uydurduğunu anlayacaqsınız. Bildirmək istəyirəm ki, tələbə-blokada tərəfdarlarının siyahısı qalib gəlib. Onlar 135–140 mandat, biz isə təxminən 105 mandat əldə edəcəyik”, – Vuçiç qeyd edib.

O əlavə edib ki, Voevodina Macarlarının İttifaqı da parlamentdə təmsil olunacaq.

Vuçiç bundan sonra mübarizəni davam etdirəcəklərini və müxalifətin kim olduğunu göstərəcəklərini bildirib.