Əməkdar artist Firuzə İbadova mənzilə ehtiyacı olduğunu açıqlayaraq Prezidentə müraciət edib.
Heftelik.az xəbər verir ki, sənətçi “Barometr TV”yə danışarkən dövlət başçısından ona birotaqlı mənzil verilməsini xahiş edib.
Dörd ildir kirayədə yaşadığını bildirən Firuzə İbadova maddi vəziyyətinin çətin olduğunu vurğulayıb:
“Mənim dövlət qayğısına, sevgisinə çox böyük ehtiyacım var. Vəziyyətim fövqəladədir. Bunu deməyə utanıram, amma evə ehtiyacım var. Aldığım pensiya ilə dolana bilmək üçün heç olmasa, bir otaqlı şəxsi mənzilim olmalıdır. Çox hörmətli cənab Prezident, mən dörd ildir ayda 600 manata kirayədə qalıram. Mənə birotaqlı mənzil verməklə məni sevindirməyinizi xahiş edirəm”.