İsmail Kartal “Fənərbağça” baş məşqçisi postundan ayrılıb.

Heftelik.az xəbər verir ki,  bu barədə klub məlumat yayıb.

Türkiyə Super Liqasının 9-cu turunda səfərdə “Qalatasaray”a 2:1 hesabı ilə məğlub olan “Fənərbağça”da baş məşqçi İsmail Kartalın gələcəyi müzakirələrə səbəb olmuşdu.

Nəticələrdən sonra tənqid hədəfinə çevrilən İsmail Kartalla bağlı klub prezidenti Aziz Yıldırım və İdarə Heyətinin üzvləri toplantı keçiriblər.

İsmail Kartalın gələcəyinin müzakirə olunduğu toplantı başa çatıb və qərar məlum olub.

“Sarı-lacivərdlilər” İsmail Kartalla yollarını ayırdıqlarını rəsmən açıqlayıblar.

Klubun açıqlamasında deyilir:

“Peşəkar futbol üzrə əsas komandamızın baş məşqçisi vəzifəsini icra edən cənab İsmail Kartal vəzifəsindən ayrılmaq qərarını rəhbərliyimizə çatdırıb. Onunla qarşılıqlı razılıq əsasında yollarımızı ayırmışıq.

Bu barədə ictimaiyyətə və investorlarımıza hörmətlə məlumat veririk”.