Ukraynanın Rusiyanın Bryansk vilayətinə PUA hücumu nəticəsində iki nəfər ölüb.
Heftelik.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk bildirib.
Onun sözlərinə görə, ötən gecə kütləvi PUA hücumu nəticəsində 6 nəfər yaralanıb.
Eləcə də, üç çox mənzilli binaya və 11 avtomobilə ziyan dəyib.
