Braziliyada prezident seçkilərində məğlub olan senator Flaviu Bolsonaro ölkəni tərk etməsinə dair məhkəmə qadağasına baxmayaraq, ABŞ-a gedib.

Heftelik.az “GNN Brasil” telekanalına istinadən xəbər verir ki, bu barədə siyasətçinin yaxın ətrafındakı mənbələr məlumat veriblər.

Bildirilib ki, Braziliyanın sabiq Prezidenti Jair Bolsonaronun oğlu Flaviu Bolsonaro ailə üzvləri ilə birlikdə ABŞ-a yollanıb.

Məlumata əsasən, onun ölkəni tərk etməsi məhkəmə orqanlarının tətbiq etdiyi xaricə çıxış qadağasına ziddir.