İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

Heftelik.az xəbər verir ki, “Sky News“un yerli qurumlara istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

***

saat 13.26

İspaniyada sürət qatarları toqquşub.

Heftelik.az Reuters-ə istinadən xəbər verir ki, hadisə Toledo vilayətində baş verib.

İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.

Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.