ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində böyük irəliləyiş əldə edildiyini bildirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Tramp bunu Texas ştatından Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya Prezidenti Vladimir Putin, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə tezliklə görüş keçiriləcəyini qeyd edib.

“Düşünürəm ki, Rusiya və Ukrayna ilə böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq”, – Tramp bildirib.

Görüşün kimlərlə keçiriləcəyi barədə suala cavabında ABŞ Prezidenti “Prezident Putin və Prezident Zelenski ilə” deyə bildirib.