Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.
Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki,  TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.
Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib