Kəlbəcərdə ağır yol qəzası baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb.

Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi “Kia Sorento” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, o aldığı xəsarətlərdən həyatını itirib.

Qeyd edək ki, B.Nuriyev əvvəllər zabit kimi hüquq-mühafizə orqanlarında çalışıb.