Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.
Heftelik.az xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
