ABŞ-ın Florida ştatının Qrinakres şəhərində “Learjet 60” tipli özəl təyyarə qəzaya uğrayaraq səyyar evlərin yerləşdiyi yaşayış kompleksinin ərazisinə düşüb.
Heftelik.az xəbər verir ki, qəza noyabrın 1-də, yerli vaxtla saat 13:00 radələrində Palm-Biç dairəsində baş verib.
Təyyarənin yaşayış evlərindən birinə çırpılması nəticəsində güclü yanğın başlayıb.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi deyib ki, “Learjet 60” tipli özəl təyyarədə olan 9 nəfərin hamısı ölüb.
Qəzanın səbəbləri araşdırılır.
