Beyləqan rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də Mil qəsəbəsinin ərazisində qeydə alınıb.

Orada yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakin, 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırma aparılır.