Avropa avtomobil bazarında rəqabətin yeni mərhələsi müşahidə olunur.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Böyük Britaniyada qeydə alınan nəticələr bunun diqqətçəkən nümunəsidir.

Belə ki, 2026-cı ilin sentyabrında Çinin “Jaecoo” 7 modeli 10 814 qeydiyyatla ölkədə ən çox satılan yeni avtomobil olub. İlin ilk doqquz ayının yekunlarına əsasən isə model 39 474 qeydiyyatla “Ford Puma”dan sonra ikinci yeri tutub.

“Omoda” və “Jaecoo” brendlərinin sentyabr üzrə ümumi qeydiyyat sayı 22 296 avtomobil təşkil edib. İllik artım 106 faizə, bazar payı isə 6,37 faizə çatıb.

Bu göstəricilər avropalı alıcıların seçimində qiymət, texnologiya, zəmanət və təchizat arasındakı balansın getdikcə daha çox əhəmiyyət qazandığını göstərir. “Jaecoo” 7 PHEV versiyasının “Euro NCAP” sınaqlarında 5 ulduzlu reytinq əldə etməsi də modelin təhlükəsizlik göstəricilərinə diqqəti artırır.

Bu dəyişiklik Azərbaycan bazarında da özünü göstərir. “Omoda” və “Jaecoo”nun rəsmi distribütoru “iMotors” MMC vasitəsilə “Jaecoo” J7 və J8, “Omoda” 7 modelləri yerli bazarda təqdim olunur.

Britaniyadakı nəticələr aydın göstərir ki, avtomobil bazarında rəqabət artıq yalnız ənənəvi markalar arasında getmir.