Kreml Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya nümayəndə heyətinin 10 və 11 noyabr tarixlərində Əbu-Dabidə olacağını və üçtərəfli danışıqlarda iştirak edəcəyini deyib.
Kremlin sözçüsü Vladimir Medinskinin Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri olaraq qalacağını da bildirib.
