İspaniya La Liqa 2-də baş tutan “Tenerife” – “Andorra” (2:2) matçında dəhşətli anlar yaşanıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Xesus de Migel qarşılaşmanın son dəqiqələrində rəqib qapıçı Xesus Ovono ilə toqquşub.

O, huşunu itirərək yerə yıxılıb və ürəyi dayanıb. Həkimlərin müdaxiləsindən sonra onun nəbzi bərpa olunub.

Hücumçu huşsuz halda xəstəxanaya çatdırılıb. Hazırda futbolçunun vəziyyəti pisdir və həkim nəzarətindədir.