Xırdalanda bir qolu olmayan qız itkin düşüb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 12 yaşlı qız “Kristal Abşeron” yaşayış binasındakı evdən çörək almaq üçün çıxıb və bir daha geri qayıtmayıb.
Yeniyetmə qızın əlil olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, həmin qız barəsində axtarış elan olunub.
Polis tərəfindən itkin düşmə kimi axtarışa verilən həmin şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür.
