“Fənərbaxça” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Heftelik.az Apasport.az-a istinadən  xəbər verir ki, Türkiyə təmsilçisi IV tur çərçivəsində doğma meydanda İngiltərənin “Liverpul” klubu ilə qarşılaşıb.

İstanbul nəhəngi iki dəfə hesabda geri düşməsinə baxmayaraq oyunda geridönüş yaratmağı bacarıb. Komanda 3:2 hesablı qələbəyə sevinib.

Çempionlar Liqası, Liqa mərhələsi

IV tur

4 noyabr

21:45. “Fənərbaxça” – “Liverpul” 3:2

Hakim: Kleman Turpen (Fransa)

“Chobani”, İstanbul