Emitent investisiya qiymətli kağızlarının emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət və ya bələdiyyə ola bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, beynəlxalq təşkilatlar da emitent qismində çıxış edə bilərlər. Dövlət emitent kimi müvafiq səlahiyyət verilmiş dövlət orqanı vasitəsilə fəaliyyət göstərir. Emitent, ümumi qayda olaraq, buraxdığı qiymətli kağızların mülkiyyətçisi sayılmır. Bununla belə, qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi ola bilər.
