ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrə yüksəkvəzifəli müşavirləri cümə axşamı İranla bağlı vəziyyəti müzakirə etmək üçün görüş keçiriblər.

Heftelik.az xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalına qarşı hazırlıqları yekunlaşdırır. Bununla belə, ABŞ hərbçiləri Ağ Evdən hələlik yeni göstəriş almayıblar.

Portala məlumat verən amerikalı rəsminin sözlərinə görə, hərbi komandanlıq Trampın müharibəni bərpa etmək qərarı verəcəyi təqdirdə əməliyyatlara başlamağa hazırdır.

Trampın İranla bağlı yekun qərarı vermədiyi, diplomatik danışıqların davam etdirilməsi və hərbi əməliyyatların yenidən başlanması variantlarını nəzərdən keçirdiyi bildirilir.