“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.
Bu barədə Heftelik.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb.
Qeyd edək ki, Moldova seçməsi noyabrın 13-də doğma meydanda Qazaxıstanla, 16-da isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.
