Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər evrir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.

Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.

Xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifovun həbsinin detalları da məlum olub.

R.Yusifov məhkəmədə verdiyi ifadədə onun barəsindəki məlumatın polisə keçmiş həyat yoldaşı tərəfindən verildiyini iddia edib.

Məlum olub ki, Rasim Yusifov Sumqayıt şəhəri, 5-ci məhəllə adlanan ərazidə, “Comərd” kafesinin yaxınlığında narkotik vasitə istifadəsində şübhəli bilinərək saxlanılıb.

1987-ci il təvəllüdlü R.Yusifov ifadəsində narkotik qəbul etmədiyini deyib: “Hadisə vaxtı üzərimdə hər hansı qanunsuz əşya aşkar edilmədi. Narkotik vasitə istifadəçisi olmadığımı dedim. Şübhələnirəm ki, narkotik vasitələrdən istifadə etməyimi keçmiş həyat yoldaşım Ayşən Qasımova iddia edib. Uzun illər Almaniyada yaşamışam. Hazırda il ərzində bir neçə dəfə ora gedib gəlirəm. Kəskin allergiyam olduğundan “Citricilin” dərmanından istifadə edirəm. Həmin dərmanı hər zaman Almaniyaya gedib qayıdarkən oradan alıram. Tərkibində narkotik vasitə olub-olmamasını bilmirəm. Lakin həmin dərmanı istifadə etdikdən sonra nəqliyyat vasitəsini idarə etmək qadağandır. Onu qəbul etdikdən sonra insanda halsızlıq və yorğunluq yaradır”.

Məhkəmə Rasim Yusifovun narkotik vasitələrdən istifadə etməsini özünün etirafı, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər iş materialları ilə də tam sübuta yetirilmiş hesab edib.