Osimhen əməliyyat olundu

07 Noyabr 2026, 16:09

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Heftelik.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Ştutqart”la matçda zədələnib.