Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
