Lənkəranda bir ailənin üzvləri qidadan zəhərlənib.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan 9 nəfərin evdə hazırlanan turşudan zəhərləndiyi bildirilir.

Onlar zəhərlənmə əlaməti ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.