ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evdən təxminən 1,6 kilometr məsafədə yerləşən Loqan Sirkıl (Logan Circle) məhəlləsində baş verən atışma nəticəsində azı dörd nəfər güllə yarası alıb.

Heftelik.az xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat yayıb.

Hadisə yerində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlı polis bölmələri araşdırma aparır.