Moskvada həkimi aldadan falçı saxlanılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Moskvadakı poliklinikalardan birində baş verib.
Məlumata görə, tanımadığı qadın həkimin yanına gələrək onun qızına guya cadu edildiyini bildirib. Qadın bu cadunu aradan qaldırmaq üçün həkimdən 37 min rubl (təxminən 760 manat) tələb edib.
Həkim əvvəlcə özünü falçı kimi təqdim edən qadına inanıb və hətta pul çıxarmağa gedib. Lakin sonradan aldadıldığını anlayaraq polisə müraciət edib.
Polis əməkdaşları dələduzluqda şübhəli bilinən qadını saxlayıblar.
