Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.
Heftelik.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat yayıb.
Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, – məlumatda qeyd olunur”.
Qeyd edək ki, hazırda AZAL şəhərin Sabiha Gökçen Beynəlxalq Hava Limanı və İstanbul Beynəlxalq Hava Limanına (IST) uçuşlar həyata keçirir.
