Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 16-sı saat 10 radələrində Heydər Əliyev prospektində İlqar Ələz oğlu Saxvanov 15 saylı müntəzəm marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı 10-TG-801 nömrə nişanlı avtobusla yolu keçən gənc qızı vurub.
Nəticədə, ağır xəsarətlər alan paytaxt sakini 2002-ci il təvəllüdlü Fatimeyi Zəhra Bayram qızı Babayeva hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar polis tərəfindən aparılır.
Qeyd edək ki, noyabrın 15-i də paytaxtın Nizami rayonunda marşrut avtobusu piyadanı vurub öldürmüşdü.
